Yuxarı
    Bağlamaq

    "Deutsche Bank"ın ən iri səhmdarı dəyişib

    Çin holdinqi məşhur dünya şirkətlərinin səhmlərini alır

    Bakı. 3 may. REPORT.AZ/ Çinin "HNA Group" holdinqi Almaniyanın "Deutsche Bank"ının kapitalında payını artırıb. "Report" "Kommersant" qəzetinə istinadən xəbər verir ki, Avropanın ən böyük investisiya bankı olan "Deutsche Bank"ın səhmlərinin 3%-ni "HNA Group" bu ilin fevralında alıb. Martda payını 4,76%-ə çatdıran Çin holdinqi dünən açıqladığı hesabatda payını 9,92%-ə çatdıraraq Almaniya bankının ən böyük səhmdarı olub. Qeyd edək ki, bu günə qədər "Deutsche Bank"ın ən böyük səhmdarı ABŞ-da yerləşən və dünyanın aparıcı investisiya fondlarından olan "Blackrock" olub.

    "Dealogic" maliyyə araşdırmaları şirkətinin yaydığı xəbərə görə, bu, "HNA Group"un ilk əməliyyatı deyil. Konqlomerat bu il "Deutsche Bank" istisna olmaqla 5,5 mlrd. ABŞ dolları həcmində anlaşmalar imzalayıb ki, bu da Çin şirkətlərinin ölkə xaricində həyata keçirdiyi əməliyyatların 13%-ni təşkil edib. Konqlomeratın səhmlərini aldığı şirkətlər arasında İsveçrənin "Dufry" mağazalar şəbəkəsi, Sinqapurun "CWT" logistika şirkəti, "Hilton Worldwide Holdings" hotelləri var. Ötən il Holdinq müxtəlif alışlara 30 mlrd. dollar xərcləyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi