Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində Dünya Bankı ilə Beynəlxalq Valyuta Fondunun illik toplantısında Azərbaycanda iqtisadi islahatlara dair xüsusi tədbir keçirilib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən "Report"a verilən məlumata görə, toplantıda “Doing Business islahatları: Azərbaycanda inklüziv və davamlı iqtisadi inkişaf” mövzusunda təqdimat nümayiş olunub.
Tədbirdə çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Azərbaycanda Prezident
Qeyd edək ki, Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun illik toplantısında bir ölkəyə həsr olunan ayrıca tədbirin keçirilməsi çox nadir hallarda olur. Azərbaycana dair belə bir tədbirin keçirilməsi isə ölkədə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatlara dünya ictimaiyyətinin böyük diqqətinin göstəricisidir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru həmçinin qeyd edir ki, ayrıca belə bir tədbirin təşkil olunması, həm də Azərbaycan təcrübəsinin digər ölkələr tərəfindən öyrənilməsinə olan maraqla əlaqədardır. Çünki Azərbaycanda Prezident İlham Əliyevin müəyyən etdiyi islahat kursunun hazırlanması, həyata keçirilməsi, monitorinq və qiymətləndirməsi bütün dünya ölkələri tərəfində diqqətlə izlənilir, öyrənilir və nümunə götürülür. Həm də bu təcrübə bir sıra məsələlərin qlobal müzakirəsinin təşkilinə şərait yaradır.
Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun rəhbər nümayəndələrinin iştirakı ilə keçirilən müzakirədə qeyd olunub ki belə bir təqdimat həm də Azərbaycanda biznes mühitinin əlverişliliyini bir daha göstərməklə xarici investorların ölkəyə gəlişini daha da təşviq edir. Çünki Dünya Bankı və Beynəlxlaq Valyuta Fondunun bu qədər diqqət yetiridiyi bir ölkəni digər investorlar da ciddi şəkildə izləyirlər. Bu isə Azərbaycan yeni əməkdaşlıq imkanları üçün şərait yaradır.
Qeyd edək ki, “Doing Business islahatları: Azərbaycanda inklüziv və davamlı iqtisadi inkişaf” mövzusunda təqdimatın keçirildiyi toplantıda Dünya Bankının icraçı direktoru Verner Qruber başda olmaqla, Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Qafqaz üzrə regional direktoru Jan Van Bilsen, Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus, Dünya Bankının qlobal menecerləri, Beynəlxalq Valyuta Fondunun nümayəndələri, Dünya Bankının müxtəlif ofislərindən olan məsləhətçilər, bir sıra xarici ölkələrin səfirliklərinin və diplomatik korpusunun nümayəndələri, qlobal vətəndaş cəmiyyətinin nümayəndələri də iştirak edib.
Təqdimat zamanı iştirakçılara İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən hazırlanan və iqtisadi islahatlara həsr edilən bir sıra materiallar paylanılıb.