Vergilər Nazirliyi daha 74 nəfərin ölkədən çıxışına qadağa qoyub

Vergilər Nazirliyi daha 74 nəfərin ölkədən çıxışına qadağa qoyub Bunun 43-ü hüquqi şəxslərin icra orqanlarının rəhbərləri, 31-i isə fiziki şəxslərdir
Maliyyə
27 Sentyabr , 2016 15:06
Vergilər Nazirliyi daha 74 nəfərin ölkədən çıxışına qadağa qoyub

Bakı. 27 sentyabr. REPORT.AZ/ Vergilər Nazirliyi vergi borcuna görə Azərbaycandan çıxması qadağan edilən şəxslərin siyahısına dəyişiklik edib.

"Report" xəbər verir ki, Azərbaycan sərhədlərini tərk etməsi qadağan edilən hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin sayı 43 nəfər artırılaraq 534-ə çatdırılıb.

Ölkədən çıxışı məhdudlaşdırılan fiziki şəxslərin sayı isə 31 nəfər artıb və hazırda 359 fiziki şəxsin ölkədən çıxışına qadağa var.

Ümumilikdə sözügedən səbəbdən Azərbaycandan çıxışına icazə verilməyən şəxslərin ümumi sayı 819-dan 893-ə çatıb.

Son xəbərlər

Orphus sistemi