Yuxarı
    Bağlamaq

    Çin bankları valyuta ehtiyatlarını artırmağa başlayıb

    Kommersiya banklarının valyuta ehtiyatları 800 mlrd. dolları ötüb

    Bakı. 22 noyabr. REPORT.AZ/ Çin milli valyutası - yuanın 2017-ci ildə 5%-ə yaxın möhkəmlənməsinə baxmayaraq, yerli kommersiya bankları valyuta məzənnəsində volatillik ehtimallarının artması ilə xarici valyuta ehtiyatlarını artırmağa başlayıb.

    "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, kredit təşkilatları oktyabr ayında xarici valyuta ehtiyatlarını 812 mlrd. dollara qədər artırıb. İlin əvvəlindən artım 383 mlrd. yuan və ya 58 mlrd. dollar olub.

    "BNP Paribas China" bankından verilən məlumatda qeyd olunub ki, Çin kreditorları davamlı olaraq son illər valyuta ehtiyatlarını artırıb. İri ehtiyatlar banklara tələb artdığı zaman onu təmin etmək imkanı verir. Bankın strategiya mütəxəssisi Şan Kuna görə, "kreditorların portfellərini diversifikasiya etməsi çox önəmlidir. Həm yuan, həm də xarici valyutanın portfeldə olması zəruridir. Belə ki, yuan möhkəmləndikdə onlar daha çox xarici valyuta ala biləcəklər. Əks halda, valyuta ehtiyatları onlara mənfəət gətirəcək".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi