Yuxarı

​“Caspian Development Bank (CDB)” ASC əmanətlər üzrə faiz dərəcələrini artırıb

Həmçinin əmanətçiyə əmanət məbləğinin 90%-i həcmində kredit götürmək imkanı da verilir

Bakı. 07 mart. REPORT.AZ/ “Caspian Development Bank (CDB)” ASC-də manat və ya dollarla bir il müddətinə yerləşdiriləcək əmanətlər faizlərin hər ay ödənilməsi şərtilə illik 12%-lə hesablanacaq.

"Report"un banka istinadən verdiyi xəbərə görə, yerləşdiriləcək əmanətlərin minimal məbləği 500 manat və ya dollar həcmində müəyyən edilir və əmanətçiyə əmanət məbləğinin 90%-i həcmində kredit götürmək imkanı verilir.

Beləliklə, bank əhalinin əmanətlərinin gəlirliliyini illik 3%-dək artırmış olur. Həmçinin 60 ay müddətinə yerləşdiriləcək əmanətlər üzrə isə illik 14.5% hesablanacaq.

“Caspian Development Bank (CDB)” ASC-də yerləşdirilən 30 000 AZN-ə (və ya valyuta ekvivalenti) illik faiz dərəcəsi 12%-ə qədər olan əmanətlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanır.

Qeyd edək ki, 26 yanvar 2015-ci il tarixdə Mərkəzi Bank tərəfindən “Kövsər Bank” ASC-nin adının dəyişməsi ilə əlaqədar “Caspian Development Bank (CDB)” ASC-yə bank fəaliyyəti həyata keçirilməsi üçün lisenziya verilib. Bu lisenziyaya əsasən, Bakı şəhərində yerləşən “Caspian Development Bank (CDB)” ASC geniş spektrdə bank və digər maliyyə xidmətləri təklif edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi