Bakı. 07 mart. REPORT.AZ/ “Caspian Development Bank (CDB)” ASC-də manat və ya dollarla bir il müddətinə yerləşdiriləcək əmanətlər faizlərin hər ay ödənilməsi şərtilə illik 12%-lə hesablanacaq.
"Report"un banka istinadən verdiyi xəbərə görə, yerləşdiriləcək əmanətlərin minimal məbləği 500 manat və ya dollar həcmində müəyyən edilir və əmanətçiyə əmanət məbləğinin 90%-i həcmində kredit götürmək imkanı verilir.
Beləliklə, bank əhalinin əmanətlərinin gəlirliliyini illik 3%-dək artırmış olur. Həmçinin 60 ay müddətinə yerləşdiriləcək əmanətlər üzrə isə illik 14.5% hesablanacaq.
“Caspian Development Bank (CDB)” ASC-də yerləşdirilən 30 000 AZN-ə (və ya valyuta ekvivalenti) illik faiz dərəcəsi 12%-ə qədər olan əmanətlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanır.
Qeyd edək ki, 26 yanvar 2015-ci il tarixdə Mərkəzi Bank tərəfindən “Kövsər Bank” ASC-nin adının dəyişməsi ilə əlaqədar “Caspian Development Bank (CDB)” ASC-yə bank fəaliyyəti həyata keçirilməsi üçün lisenziya verilib. Bu lisenziyaya əsasən, Bakı şəhərində yerləşən “Caspian Development Bank (CDB)” ASC geniş spektrdə bank və digər maliyyə xidmətləri təklif edir.