Bakı. 20 iyul. REPORT.AZ/ "Caspian Development Bank" (CDB) ASC cari ilin birinci yarısında 5 617,32 min manat mənfəət əldə edib. Bankın gəlirləri 4 576,84 min manat, xərcləri 4132,95 min manat təşkil edib.
"Report"un banka istinadən verdiyi xəbərə görə, gəlirlərin 4 398,66 min manatı, xərclərin isə 1 279,44 min manatı faizlə əlaqədar olub. Nəticədə bankın əməliyyat mənfəəti 443,89 min manat təşkil edib. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına -5 173,43 min manat həcmində ayırmanın qayıtması ilə bankın cari ilin birinci yarısında mənfəəti 5,6 mln. manatı keçib.
Cari il iyulun 1-nə əsasən bankın bölüşdürülməmiş mənfəəti 14 242,21 min manat təşkil edib.
Bankın aktivləri ilin əvvəli ilə müqayisaədə 6,96% azalaraq cari il iyulun 1-nə 120 083,09 min manata enib. Bu müddətdə kredit portfeli 1,86% azalaraq 107 263,62 min manat, depozit portfeli 21,4% azalaraq 32 817,24 min manat təşkil edib.
Qeyd edək ki, “Caspian Development Bank" 1988-ci ildə “Universal Bank” kimi qeydiyyatdan keçib, 2001-ci il sentyabrın 24-də bankın adı dəyişilərək "Kövsər Bank" ASC, 2015-ci il yanvarın 26-da isə “Caspian Development Bank" ASC adı altında yeni lisenziya alınıb.