Büdcədənkənar vəsaitlərin təyinatı üzrə istifadə edilməməsinə görə vəzifəli şəxslər məsuliyyət daşıyacaqlar

Büdcədənkənar vəsaitlərin təyinatı üzrə istifadə edilməməsinə görə vəzifəli şəxslər məsuliyyət daşıyacaqlar Bununla bağlı qərarı baş nazir Artur Rasizadə imzalayıb
Maliyyə
21 İyun , 2017 05:15
Büdcədənkənar vəsaitlərin təyinatı üzrə istifadə edilməməsinə görə vəzifəli şəxslər məsuliyyət daşıyacaqlar

Bakı. 21 iyun. REPORT.AZ/ Nazirlər Kabineti “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən və ya təşkil edən dövlət orqanlarının, habelə dövlət notariat kontorlarının xəzinə hesabına köçürülməsi, istifadə edilməsi, uçota alınması və hesabatın təqdim edilməsi Qaydaları”nda dəyişiklik edib.

"Report" bildirir ki, bununla bağlı qərarı baş nazir Artur Rasizadə imzalayıb.

Dəyişikliyə əsasən büdcədənkənar vəsaitlərin təyinatı üzrə istifadə edilməməsinə görə vəzifəli şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyacaqlar. 

Son xəbərlər

Orphus sistemi