Yuxarı

Büdcədən maliyyələşən müəssisələrin xəzinə hesablarının qalıqları vahid xəzinə hesabına köçürüləcək

Büdcədən maliyyələşən müəssisələrin xəzinə hesablarının qalıqları vahid xəzinə hesabına köçürüləcək
Bununla bağlı qərarı Artur Rasizadə imzalayıb

Bakı. 7 sentyabr. REPORT.AZ/ Nazirlər Kabineti “Azərbaycan Respublikasının Dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların büdcədənkənar vəsaitləri haqqında Əsasnamə”yə dəyişiklik edib.

"Report"un məlumatına görə, bununla bağlı qərarı baş nazir Artur Rəsizadə imzalayıb.

"Dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların büdcədənkənar vəsaitləri haqqında Əsasnamə”nin altıncı hissəsinə edilmiş dəyişikliyə əsasən ilin sonuna bütün xəzinə hesablarının qalıqları dövlət büdcəsinin vahid xəzinə hesabına köçürüləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi