Yuxarı
    Bağlamaq

    BRİCS Bank Rusiyaya 540 mln. dollar kredit ayıracaq

    Dinlə

    Bakı. 29 may. REPORT.AZ/ Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanın birgə təsis etdiyi "Yeni İnkişaf Bankı"nın (BRİCS Bank) Direktorlar Şurası Rusiyaya 540 mln. ABŞ dolları məbləğində 2 kreditin ayrılması barədə qərar qəbul edib. 

    "Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, həmin vəsaitin 320 mln. dolları ölkədə su təchizatı və paylanması sistemlərinin inkişafına sərf olunacaq. Məqsəd əhaliyə verilən suyun keyfiyyətini artırmaqdır. 

    Kreditin qalan 220 mln. dollarlıq hissəsi isə "Kiçik tarixi şəhərlərin və məskənlərin ərazisinin və infrastrukturunun kompleks inkişafı" layihəsi yönəldiləcək. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi