BRİCS Bank Rusiyaya 540 mln. dollar kredit ayıracaq

BRİCS Bank Rusiyaya 540 mln. dollar kredit ayıracaq Bakı. 29 may. REPORT.AZ/ Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanın birgə təsis etdiyi Yeni İnkişaf Bankının (BRİCS Bank) Direktorlar Şurası Rusiyaya 540 mln. ABŞ dolları məbləğində 2 kreditin ayrılması barədə qərar qəbul edib.
Maliyyə
29 May , 2018 09:51
BRİCS Bank Rusiyaya 540 mln. dollar kredit ayıracaq
0 : 00
0 : 00

Bakı. 29 may. REPORT.AZ/ Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanın birgə təsis etdiyi "Yeni İnkişaf Bankı"nın (BRİCS Bank) Direktorlar Şurası Rusiyaya 540 mln. ABŞ dolları məbləğində 2 kreditin ayrılması barədə qərar qəbul edib. 

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, həmin vəsaitin 320 mln. dolları ölkədə su təchizatı və paylanması sistemlərinin inkişafına sərf olunacaq. Məqsəd əhaliyə verilən suyun keyfiyyətini artırmaqdır. 

Kreditin qalan 220 mln. dollarlıq hissəsi isə "Kiçik tarixi şəhərlərin və məskənlərin ərazisinin və infrastrukturunun kompleks inkişafı" layihəsi yönəldiləcək. 

Son xəbərlər

Orphus sistemi