BoJ yeni kredit proqramını açıqladı

BoJ yeni kredit proqramını açıqladı Yaponiya Mərkəzi Bankı (BoJ) koronavirus pandemiyasından zərər görmüş kiçik biznesi dəstəkləmək üçün 30 trilyon yen (279 milyard ABŞ dolları) məbləğində yeni bir kredit proqramı elan edib.
Maliyyə
22 May , 2020 14:28
BoJ yeni kredit proqramını açıqladı

Yaponiya Mərkəzi Bankı (BoJ) koronavirus pandemiyasından zərər görmüş kiçik biznesi dəstəkləmək üçün 30 trilyon yen (279 milyard ABŞ dolları) məbləğində yeni bir kredit proqramı elan edib.

“Report” bu barədə “Bloomberg”ə istinadən xəbər verir.

Məlumata görə, Yaponiyada son 3 ildə ilk dəfə deflyasiya qeydə alınıb. Bu göstəricidən sonra, BoJ ucot dərəcəsini və aktivlərin alım proqramında dəyişiklik etməyib.

Qeyd edək ki, “BoJ”un əvvəlki kredit proqramı və istiqraz alım proqramının ümumilikdə 75 trilyon yen səviyyəsində idi. Bundan başqa, qurumun koronavirusun iqtisadi təsirlərini azaltmaq üçün açıqladığı rekord təşviq proqramı isə 117 trilyon yen səviyyəsində idi.

Son xəbərlər

Orphus sistemi