Bitkoinin qiyməti 9 min dolları keçib

Bitkoinin qiyməti 9 min dolları keçib Bununla belə, onun kriptovalyuta bazarındakı payı azalmaqdadır
Maliyyə
24 Aprel , 2018 11:36
Bitkoinin qiyməti 9 min dolları keçib
AFP 2017/ Karen Bleier

Bakı. 24 aprel. REPORT.AZ/ Dünyanın aparıcı kriptovalyutalarından sayılan bitkoinin bu gün səhər saatlarında 9 min ABŞ dollarından yüksək qiymətə ticarət olunub.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, onun qiyməti 4,4% artaraq 9 253 dollara  çatıb. 

Bitkoinin nağd forması - "Bitcoin Cash" isə 16,29% bahalaşaraq 1 547 dollara ticarət edilib. 

Digər kriptovalyutalar da bahalaşmaqdadır. Belə ki, "Ethereum"un qiyməti 7,5% artaraq 681 dollara, "Ripple"in qiyməti isə 5,9% artaraq 0,92 dollara yüksəlib. 

Xatırladaq ki, bu ayın ortalarından etibarən bitkoinin qiyməti 8 min dollar ətrafında dəyişib və yalnız bu gün kriptovalyuta bazarına investisiyalar fonunda qiymət 9 min dolları keçib. Hazırda bitkoinin kapitallaşma göstəricisi 421,63 mlrd. dollar təşkil edir ki, bu da həftəlik müqayisədə 30% çoxdur. 

Bununla belə, bitkoinin kriptovalyuta bazarındakı payı azalmaqdadır. Bir həftə bundan əvvəl bazarın 42%-nə nəzarət edən bitkoinin payı hazırda 37% təşkil edir. 

Son xəbərlər

Orphus sistemi