"Başak İnam Sığorta"nın yığımları 39% azalıb

"Başak İnam Sığorta"nın yığımları 39% azalıb Hesabat dövründə şirkətin ödənişləri də azalıb
Maliyyə
19 Sentyabr , 2016 09:49
Başak İnam Sığortanın yığımları 39% azalıb

Bakı. 19 sentyabr. REPORT.AZ/ Bu ilin yanvar-avqust aylarında "Başak İnam Sığorta" ASC-nin yığımları 497 126 manat təşkil edib. Şirkətdən "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 38,54% azdır.

Hesabat dövründə "Başak İnam Sığorta"nın ödənişləri də azalıb. Belə ki, Şirkət 8 ay ərziondə 116 746 manat ödəniş edib. Bu isə 1 il əvvələ nisbətən 71,34% azdır.

2016-cı ilin yanvar-avqustunda "Başak İnam Sığorta" topladığı hər 100 manat sığorta haqqının 23,48 manatını müştərilərinəö geri qaytarıb. Bu nisbət 2015-ci ilin yanvar-avqustunda 50,37% olub.

Xatırladaq ki, "Başak İnam Sığorta" 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 7 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 200 manat olan 35 000 səhm əsasında formalaşıb. Səhmlərin 24,24%-i hazırda ləğvetmə prosesində olan "Zaminbank" ASC-yə, 7,14%-i "Turanbank" ASC-yə, 5%-i "Azər-Türk Bank" ASC-yə, 14%-i Türkiyənin fransız kapitallı "Groupama Sıgorta" şirkətinə, 0,34%-i "Aqrarkredit" QSC-yə, 15,83%-i Səbinə Akif qızı Həsənovaya, 15,21%-i Akif Əkbər oğlu Kərimova (Direktorlar Şurasının sədri), 10,14%-i Orxan Qara oğlu Həsənova (İdarə Heyətinin sədri), 8,09%-i isə digər 14 fiziki şəxsə məxsusdur.

Son xəbərlər

Orphus sistemi