Yuxarı
    Bağlamaq

    Banklar son 8 ildə 321 mlrd. dollar cərimələnib

    Ötən il banklar 42 mlrd. dollar həcmində cərimələnib ki, bu da əvvəlki illə müqayisədə 68% çoxdur

    Bakı. 2 mart. REPORT.AZ/ Dünyada banklar terrorçuluğun maliyyələşdirilməsi və "çirkli pullar"ın yuyulması da daxil olmaqla müxtəlif qanun pozuntularına görə 2008-ci ildən indiyədək ümumilikdə 321 mlrd. ABŞ dolları həcmində cərimələnib.

    "Report" bu barədə "Boston Consulting Group"un hesabatlarına istinadən xəbər verir.

    Bu məbləğin yaxın illərdə artmağa davam edəcəyi gözlənilir. Belə ki, Avropa və Asiya nəzarət orqanları daha aqressiv olan Amerika nəzarətçilərindən nümunə götürməyə başlayır. 

    Qeyd edək ki, təkcə 2016-cı ildə banklar 42 mlrd. dollar həcmində cərimələnib ki, bu da əvvəlki illə müqayisədə 68% çoxdur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi