Yuxarı
    Bağlamaq

    ​“Banklar haqqında” qanuna dəyişikliklər edilib

    Prezident bu barədə fərman imzalayıb

    Bakı. 9 mart. REPORT.AZ/ Dövlət başçısı İlham Əliyev “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 140-VQD nömrəli Qanununun tətbiqi haqqında fərman imzalayıb.

    "Report" xəbər verir ki, fərmana əsasən aşağıdakı dəyişikliklər nəzərdə tutulub:

    1.1. 1-ci maddəyə aşağıdakı məzmunda iyirmi üçüncü abzas əlavə edilsin:

    “Maliyyə bazarlarına nəzarət orqanı – maliyyə bazarlarında tənzimləmə və nəzarətin həyata keçirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum.”.

    1.2. 2.1-ci, 2.2-ci, 2.3-cü, 14.1.3-cü (birinci halda), 14.1.13-cü, 16.1.9-cu, 16.1.15-ci, 16.1.16-cı, 16.1.17-ci, 16.1.18-ci, 16.2.7-ci, 22.5.7-ci, 25.1.12-ci, 30.5.4-cü, 31.1-ci, 35.1-ci, 35.3-cü, 38.1-ci, 38.2-ci, 41.2-ci, 44.2-ci, 87.4-cü, 91.2-ci, 92-ci maddələr və 89-cu maddənin adı istisna olmaqla, mətn üzrə ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ilə əvəz edilsin.

    1.3. 2-ci maddə üzrə:

    1.3.1. 2.1-ci maddədə “bank sistemi” sözlərindən sonra “maliyyə bazarlarına nəzarət orqanından,” sözləri əlavə edilsin;

    1.3.2. 2.3-cü, 14.1.3-cü, 14.1.13-cü, 16.1.9-cu, 16.2.7-ci, 22.5.7-ci, 30.5.4-cü, 31.1-ci, 35.1-ci və 38.2-ci maddələrdə “Mərkəzi Bankın” sözlərindən əvvəl “maliyyə bazarlarına nəzarət orqanının və” sözləri əlavə edilsin.

    1.4. 3.5-ci maddədə “göndərir” sözündən sonra “, qanunla nəzərdə tutulmuş digər tədbirləri görür, Mərkəzi Banka” sözləri əlavə edilsin.

    1.5. 16-cı maddə üzrə:

    1.5.1. 16.1.15-ci maddədə “Mərkəzi Bank” sözlərindən əvvəl “maliyyə bazarlarına nəzarət orqanı və ya” sözləri əlavə edilsin;

    1.5.2. 16.1.16-cı və 16.1.17-ci maddələrdə “Mərkəzi Banka” sözlərindən əvvəl “maliyyə bazarlarına nəzarət orqanına və ya” sözləri əlavə edilsin;

    1.5.3. 16.1.18-ci maddədə “və Mərkəzi Bankın” sözləri “, maliyyə bazarlarına nəzarət orqanının və ya Mərkəzi Bankın” sözləri ilə əvəz edilsin, “uyğun olaraq” sözlərindən sonra “maliyyə bazarlarına nəzarət orqanının və ya” sözləri əlavə edilsin;

    1.5.4. Aşağıdakı məzmunda 16.4-cü maddə əlavə edilsin:

    “16.4. Bu Qanunun 16.1.9-cu, 16.1.15-ci, 16.1.16-cı, 16.1.17-ci, 16.1.18-ci və 16.2.7-ci maddələrində göstərilən əsaslardan biri olduqda, səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə Mərkəzi Bank bank lisenziyasının və ya icazənin ləğv edilməsi üçün maliyyə bazarlarına nəzarət orqanına əsaslandırılmış yazılı müraciət edir.”.

    1.6. 25.1.12-ci maddədə “Mərkəzi Bankın” sözləri “yoxlayıcı orqanların” sözləri ilə əvəz edilsin.

    1.7. 32.1.9-cu maddə ləğv edilsin.

    1.8. 34.2.15-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 34.2.16-cı maddə əlavə edilsin:

    “34.2.16. kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması qaydalarını.”.

    1.9. 35.3-cü maddədə “Mərkəzi Bank və müvafiq dövlət orqanları həyata keçirirlər” sözləri “maliyyə bazarlarına nəzarət orqanı həyata keçirir” sözləri ilə əvəz edilsin.

    1.10. 36.2-ci və 38.1-ci maddələrdə “normativ” sözündən sonra “xarakterli” sözü əlavə edilsin.

    1.11. 38.1-ci maddədə “və Mərkəzi Bankın” sözləri “, maliyyə bazarlarına nəzarət orqanının və Mərkəzi Bankın” sözləri ilə əvəz edilsin.

    1.12. 41.2-ci maddənin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

    “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq bank sirrini təşkil edən məlumatlar yalnız müştərilərin özlərinə və onların nümayəndələrinə, həmçinin kənar auditorlara və maliyyə bazarlarına nəzarət orqanına verilir.”.

    1.13. 43.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

    “43.1. Bank və xarici bankın yerli filialı qanunvericiliyə və Beynəlxalq Mühasibat Standartlarına uyğun olaraq mühasibat uçotunu aparmalı, fəaliyyətlərini və maliyyə vəziyyətini əks etdirən hesabatları, o cümlədən illik maliyyə hesabatları tərtib etməlidirlər. Maliyyə vəziyyətini əks etdirən hesabatlar, o cümlədən illik maliyyə hesabatları maliyyə bazarlarına nəzarət orqanına və Mərkəzi Banka təqdim edilməlidir. Banklarda mühasibat uçotu qaydalarının forması, məzmunu və dövriliyi müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir. Maliyyə vəziyyətini əks etdirən hesabatlar, o cümlədən illik maliyyə hesabatlarının forma, məzmunu və dövriliyi müvafiq icra hakimiyyəti orqanı və maliyyə bazarlarına nəzarət orqanı ilə razılaşdırılmaqla Mərkəzi Bank tərəfindən müəyyən edilir.”.

    1.14. 44.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

    “44.2. Auditor yoxlaması “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.”.

    1.15. 46.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

    “46.1. Bankın maliyyə vəziyyətinin qiymətləndirilməsi məqsədi ilə bank və xarici bankın yerli filialları özünün və törəmə təsərrüfat cəmiyyətlərinin ayrıca olaraq və konsolidasiya əsasında prudensial hesabatlarını maliyyə bazarlarına nəzarət orqanına, bank statistikası hesabatlarını maliyyə bazarlarına nəzarət orqanına və Mərkəzi Banka təqdim etməlidirlər. Prudensial hesabatların forması, məzmunu və təqdim edilməsi qaydaları maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir. Bank statistikası hesabatlarının forması, məzmunu və təqdim edilməsi qaydaları maliyyə bazarlarına nəzarət orqanı ilə razılaşdırılmaqla Mərkəzi Bank tərəfindən müəyyən edilir.”.

    1.16. Aşağıdakı məzmunda 46-1-ci maddə əlavə edilsin:

    “Maddə 46-1. Maliyyə bazarlarına nəzarət orqanına ödənilən haqlar

    Banklar maliyyə bazarlarına nəzarət orqanına həmin orqan tərəfindən müəyyən edilmiş məbləğdə və qaydada haqlar ödəyir.”.

    1.17. 50.2-ci maddədən “İdarə Heyətinin” sözləri çıxarılsın.

    1.18. 89-cu maddənin adı aşağıdakı redaksiyada verilsin:

    “Birdən çox ölkədə filial şəbəkəsi olan bankların ödəniş qabiliyyətinin olmaması”.

    1.19. 92-ci maddədə “Mərkəzi Bankın İdarə Heyətinin üzvləri və ya onun” sözləri “Mərkəzi Bankın İdarə Heyətinin üzvləri, onun və ya maliyyə bazarlarına nəzarət orqanının” sözləri ilə əvəz edilsin.

    Maddə 2. Bu Qanun qüvvəyə mindiyi tarixədək bank fəaliyyətinə verilmiş lisenziyalar, habelə həmin fəaliyyətdən irəli gələrək verilmiş icazələr qanunla müəyyən edilmiş hallarda ləğv edilənədək öz qüvvəsini saxlayır və onların yenidən rəsmiləşdirilməsi tələb olunmur.

    Maddə 3. Maliyyə bazarlarına nəzarət haqqında müvafiq qanun qəbul edilənədək bank fəaliyyətinin yoxlanılması maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilən qaydada aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi