Yuxarı

Banklar Assosiasiyasında BVF-nın ekspertləri ilə görüş keçirilib

Görüşdə Azərbaycan bank sektorunun mövcud vəziyyəti müzakirə olunub

Bakı. 7 aprel. REPORT.AZ/ Azərbaycan Banklar Assosiasiyası (ABA) Rəyasət Heyətinin üzvləri ilə Beynəxlaq Valyuta Fondunun (BVF) texniki yardım proqramı çərçivəsində Bakıda olan ekpertləri arasında görüş keçirilib.

"Report"un ABA-ya istinadən verdiyi xəbərə görə, görüş zamanı bank sektorunun mövcud vəziyyəti, yeni şəraitə adaptasiya prosesləri və görüləcək işlər barədə müzakirələr aparılıb. Eyni zamanda, ölkədə pul və valyuta bazarlarının təkmilləşdirilməsi, bank nəzarəti mexanizmləri, eləcə də bu sahədə mövcud beynəlxalq təcrübə, əlaqədar qurumların fəaliyyəinin əlaqələndirilməsi və digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi