Yuxarı
    Bağlamaq

    “Bank VTB (Azerbaijan)” 2018-ci ildən mənfəətlə işləyəcək

    Bank vaxtı keçmiş kreditləri restruktizasiya etməklə, maliyyə göstəricilərini yaxşılaşdırmağa cəhd edir

    Bakı. 2 noyabr. REPORT.AZ/ “Bank VTB (Azerbaijan)” ASC Azərbaycan manatının ikili devalvasiyasından sonra yaranan problemləri aradan qaldırmağa çalışır. “Report” xəbər verir ki, bu barədə Bankın 51%-lik səhmdarı, Rusiyanın “Bank VTB” ASC-nin vitse-prezidenti, İdarə Heyətinin sədr müavini Mixail Oseyevski məlumat verib.

    Onun sözlərinə görə, Bank vaxtı keçmiş kreditləri restruktizasiya etməklə, maliyyə göstəricilərini yaxşılaşdırmağa cəhd edir: “Paralel olaraq, yeni müştərilərin cəlb edilməsi ilə bağlı da iş aparılır. Bazardakı cari vəziyyətdən asılı olaraq 2018-ci ildən Bankın mənfəətlə işləməsi gözlənilir”. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi