“Bank VTB (Azerbaijan)” 2018-ci ildən mənfəətlə işləyəcək

“Bank VTB (Azerbaijan)” 2018-ci ildən mənfəətlə işləyəcək Bank vaxtı keçmiş kreditləri restruktizasiya etməklə, maliyyə göstəricilərini yaxşılaşdırmağa cəhd edir
Maliyyə
2 Noyabr , 2016 10:00
“Bank VTB (Azerbaijan)” 2018-ci ildən mənfəətlə işləyəcək

Bakı. 2 noyabr. REPORT.AZ/ “Bank VTB (Azerbaijan)” ASC Azərbaycan manatının ikili devalvasiyasından sonra yaranan problemləri aradan qaldırmağa çalışır. “Report” xəbər verir ki, bu barədə Bankın 51%-lik səhmdarı, Rusiyanın “Bank VTB” ASC-nin vitse-prezidenti, İdarə Heyətinin sədr müavini Mixail Oseyevski məlumat verib.

Onun sözlərinə görə, Bank vaxtı keçmiş kreditləri restruktizasiya etməklə, maliyyə göstəricilərini yaxşılaşdırmağa cəhd edir: “Paralel olaraq, yeni müştərilərin cəlb edilməsi ilə bağlı da iş aparılır. Bazardakı cari vəziyyətdən asılı olaraq 2018-ci ildən Bankın mənfəətlə işləməsi gözlənilir”. 

Son xəbərlər

Orphus sistemi