"Bank Respublika" bank seyflərinə 25% endirim edib

"Bank Respublika" bank seyflərinə 25% endirim edib Seyfin ölçüsü və istifadə müddətindən asılı olaraq tariflər 26-100 manat arasında dəyişir
Maliyyə
14 İyun , 2017 11:40
Bank Respublika bank seyflərinə 25% endirim edib

Bakı. 14 iyun. REPORt.AZ/  "Bank Respublika" ASC ilin sonunadək fərdi bank seyflərindən istifadə tariflərinə 25% endirim edib.

"Report" bu barədə Banka istinadən xəbər verir.

Belə ki, 75x326x420 mm ölçüdə olan bank seyfləri üzrə tarif müddətindən asılı olaraq 26-40 manat, 100x326x420 mm ölçülü seyflər üçün 34-50 manat, 200x326x420 mm - 26-45 manat, 600x326x420 mm - 75-100 manat təşkil edir.

Azərbaycanda ilk dəfə 9-cu müqavimət dərəcəsi ilə beynəlxalq sertifikatlaşdırma institutu tərəfindən sertifikatlaşdırılmış "Bank Respublika"nın depozitarisi pul vəsaitlərinin, sənədlərin və digər qiymətlilərin qorunmasını tam zəmanətlə öz üzərinə götürür.

Son xəbərlər

Orphus sistemi