Yuxarı

Azərbaycanda xarici kapitallı banklar kreditləşməni 25% artırıb

AMB: ​100% xarici kapitallı banklar isə kredit qoyuluşunu 36% artırıb

Bakı. 12 dekabr. REPORT.AZ/ Azərbaycanda 100% xarici kapitallı banklar tərəfindən iqtisadiyyata kredit qoyuluşu illik 36,3% artaraq 2014-cü il noyabrın 1-nə 1,322 mlrd. manata çatıb. “Report”un Mərkəzi Bankın (AMB) hesabatına istinadən verdiyi xəbərə görə, bununla da onun özəl bankların məcmu kredit qoyuluşunda xüsusi çəkisi illik 0,9 faiz bəndi artaraq 7,4% təşkil edib.

Ümumiyyətlə, cari ilin noyabrın 1-nə ölkədə özəl banklar tərəfindən kredit qoyuluşlarının 30,5%-i və ya 5,446 mlrd. manatı xarici kapitallı bankların payına düşüb. Bu da öz növbəsində bu banklar tərəfindən kreditləşmənin illik 24,6% artmasını göstərir.

Bildirək ki, ölkədə fəaliyyət göstərən 22-i xarici kapitallı bankdan 7-si nizamnamə kapitalının 50%-dən 100%-ə qədərini, 13-ü isə 50%-dən az olan hissəsini təşkil edənlər, 2-si isə xarici bankların yerli filialıdır.

Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının məcmu kredit qoyuluşlarının həcmi ilik müqayisədə 19,0% artaraq 2014-cü il noyabrın 1-nə 17,842 mlrd. manat təşkil edib. Bunun da 5,3%-i və ya 943,4 mln. manatı vaxtı keçmiş kreditlərin payına düşür. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi