Daha bir bank "E-Pul" elektron ödəniş xidmətinə qoşulub

Daha bir bank "E-Pul" elektron ödəniş xidmətinə qoşulub "E-Pul" elektron ödəniş xidmətinə qoşulan bankların sayı 12-yə çatıb
Maliyyə
12 Dekabr , 2014 17:03
Daha bir bank E-Pul elektron ödəniş xidmətinə qoşulub

Baki. 12 dekabr. REPORT.AZ/ “E-Pul” portalında xidmət göstərilən bankların siyahısına “Bank Respublika” da əlavə olunub.

“Report”un verdiyi xəbərə görə, bununla da xidmətə qoşulan bankların sayı 12-yə çatıb. Belə ki, siyahıda VTB Bank, AFB Bank, AG Bank, Turan Bank, Nikoil Bank, Ata Bank, Bank of Baku, Bank Standard, Bank Avrasiya, Bank BTB, Bank Respublika və Dəmirbank yer alır.

Qeyd edək ki, “www.e-pul.az” internet ünvanında fəaliyyət göstərən “E-Pul”un əsas funksiyası müxtəlif xidmət haqlarının, kommunal xidmətlər, mobil danışıqlar üzrə və digər ödənişlərin onlayn rejimdə edilməsini təmin etməkdir. Ödənişlər kompyuter, planşet və smartfonlar vasitəsilə həyata keçirilə bilər. Bütün ödəmələr real vaxt rejimində həyata keçirilir və dərhal hesablara oturur.

Son xəbərlər

Orphus sistemi