Bakı. 18 mart. REPORT.AZ/ "Bank BTB" bayram günlərində də müştərilərə xidmət göstərmək niyyətindədir. "Report"un banka istinadən verdiyi xəbərə görə, 21-26 mart tarixləri yeni açılmış "Gənclik-1" şöbəsinə müraciət edərək müştərilər depozit, pul köçürmələri, kommunal ödənişlər, kassa əməliyyatları və digər xidmətlərdən istifadə edə bilərlər.
Şöbə hər gün saat 9:00-dan 18:00-dək fəaliyyət göstərir. Xidmət nöqtəsi Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, ev 38, m 10 ünvanında yerləşir.
"Bank BTB” 2010-cu ildə təsis olunub və universal maliyyə-kredit müəssisəsi olaraq bütün növ bank xidmətlərini göstərir. Hazırda bankın baş ofislə yanaşı, 10 filialı, 1 şöbəsi və 20 bankomatı var.