Bakıda mühasibat uçotu üzrə yeni standartların ölkədə tətbiqinə dair konfrans keçirilir

Bakıda mühasibat uçotu üzrə yeni standartların ölkədə tətbiqinə dair konfrans keçirilir Bakı. 2 oktyabr. REPORT.AZ/ Bakıda Azərbaycanda mühasibat uçotu üzrə yeni standartların tətbiqi: problemlər və perspektivlər mövzusunda konfrans keçirilir.
Maliyyə
2 Oktyabr , 2018 10:26
Bakıda mühasibat uçotu üzrə yeni standartların ölkədə tətbiqinə dair konfrans keçirilir
0 : 00
0 : 00

Bakı. 2 oktyabr. REPORT.AZ/ Bakıda "Azərbaycanda mühasibat uçotu üzrə yeni standartların tətbiqi: problemlər və perspektivlər" mövzusunda konfrans keçirilir.

“Report” xəbər verir ki, tədbirin əsas təşkilatçıları Dünya Bankı, eləcə də Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasıdır (ARPA).

Dünya Bankının Azərbaycandakı ofisinin rəhbəri Navid Həsən Naqvi isə mühasibat uçotu üzrə yeni standartların ölkədə tətbiqinin əhəmiyyətindən danışıb.

Maliyyə Nazirliyinin şöbə müdiri Firuzə Abdullayeva isə bildirib ki, son illər mühasibat uçotu üzrə yeni standartların tətbiqi üçün dövlət bir sıra qanunlara dəyişiklik edilib: "Düşünürəm ki, bu dəyişikliklər xarici investisiyalara tələbatın olduğu dövrdə ölkəyə sərmayə cəlb edilməsinə şərait yaradacaq".

Son xəbərlər

Orphus sistemi