Yuxarı
    Bağlamaq

    Bakıda auditorlar korporativ idarəetmədə şəffaflıq problemlərini müzakirə edirlər

    Dinlə

    Bakı.27 iyun. REPORT.AZ/ Bakıda korporativ idarəetmə, hesabatlılıq və şəffaflıq problemləri mövzusunda konfrans keçirilir.

    "Report"un verdiyi xəbərə görə, tədbirdə "Deloitte" audit şirkətinin Azərbaycandakı ofisinin idarəedici partnyoru Nuran Kərimov bildirib ki, təmsil etdiyi maliyyə qurumunun korporativ idarəetmə sahəsində xidmətləri var və bu sahədə bir neçə konkret layihələr həyata keçirib.

    Auditorlar Palatasının sədri Vahid Novruzov isı şəffalığın artırılmasının qarşıda duran ən mühüm məsələlərdən olduunu qeyd edib. Onun sözlərinə görə, bu, hesabatlılığın təkmilləşdirilməsini tələb edir.

    "Audit komitələri həm də müəyyən məsuliyyət daşıyan qurum kimi qəbul olunur. 28 ölkədə aparılan tədqiqat göstərir ki, audit komitələrinin özlərinə də nəzarət olunur. Nəzarəti müxtəlif ölkələrdə müxtəlif qurumlar həyata keirir. 12 ölkədə isə audit komitələri nəzarətə məruz qalmır", - o deyib. 

    "Azərbaycanda korporativ idarəteməyə münasibət məlumdur. Belə ki, Direktorlar Şurası yanında audit komitələrinin yaradılması məcburidir. Audit komitələrinin özünün mahiyyəti barədə qanunvericlik və metodika baxımından təkliflərin hazırlanması ilə bağlı qarşımızda vəzifələr var. Bu görüş də bu dahədə ilk addım olmalıdır",- sədr əlavə edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi