Yuxarı
    Bağlamaq

    Bağlanmış banklara borcu olanlar ödənişi “MilliÖN” terminalları ilə edə bilərlər

    Azərbaycan Əmanətlərin Sığortalanması Fondu ləğvedicisi olduğu kommersiya banklarının borcu olan fiziki və hüquqi şəxslərə müraciət edib

    Bakı. 9 iyun. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu kommersiya banklarının borcu olan fiziki və hüquqi şəxslərə müraciət edib.

    “Report”un məlumatına görə, müraciətdə deyilir ki, müştərilərə kredit ödənişlərini onlara yaxın ərazidə yerləşən “MilliÖN” Ödəmə Sistemi vasitəsilə həyata keçirə bilərlər.

    Bunun üçün terminalda "Bank Xidmətləri" bölməsini, ardınca ADIF bölməsini seçmək, şəxsiyyət vəsiqəsində olan "PİN" kodunu daxil etmək, məlumatı təsdiq etmək lazımdır. Müştərinin krediti olduğu LPO bankların siyahısı əks etdirilir və ödəniş aparılacaq bankın adını seçmək lazımdır. Seçilmiş bankda müştərinin bütün kreditləri siyahıda əks etdirilir və müştəri ödəniş etmək istədiyi krediti seçməlidir. Ödəniş ediləcək məbləğ terminala daxil edilərək "irəli" düyməsi seçmək və qəbzi terminaldan götürmək lazımdır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi