Bağlanmış banklara borcu olanlar ödənişi “MilliÖN” terminalları ilə edə bilərlər

Bağlanmış banklara borcu olanlar ödənişi “MilliÖN” terminalları ilə edə bilərlər Azərbaycan Əmanətlərin Sığortalanması Fondu ləğvedicisi olduğu kommersiya banklarının borcu olan fiziki və hüquqi şəxslərə müraciət edib
Maliyyə
9 İyun , 2017 17:41
Bağlanmış banklara borcu olanlar ödənişi “MilliÖN” terminalları ilə edə bilərlər

Bakı. 9 iyun. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu kommersiya banklarının borcu olan fiziki və hüquqi şəxslərə müraciət edib.

“Report”un məlumatına görə, müraciətdə deyilir ki, müştərilərə kredit ödənişlərini onlara yaxın ərazidə yerləşən “MilliÖN” Ödəmə Sistemi vasitəsilə həyata keçirə bilərlər.

Bunun üçün terminalda "Bank Xidmətləri" bölməsini, ardınca ADIF bölməsini seçmək, şəxsiyyət vəsiqəsində olan "PİN" kodunu daxil etmək, məlumatı təsdiq etmək lazımdır. Müştərinin krediti olduğu LPO bankların siyahısı əks etdirilir və ödəniş aparılacaq bankın adını seçmək lazımdır. Seçilmiş bankda müştərinin bütün kreditləri siyahıda əks etdirilir və müştəri ödəniş etmək istədiyi krediti seçməlidir. Ödəniş ediləcək məbləğ terminala daxil edilərək "irəli" düyməsi seçmək və qəbzi terminaldan götürmək lazımdır. 

Son xəbərlər

Orphus sistemi