"Azsığorta"nın aktivləri 13% azalıb

"Azsığorta"nın aktivləri 13% azalıb Şirkət I yarımilliyi 1,7 mln. manat xalis mənfəətlə başa vurub
Maliyyə
28 Oktyabr , 2016 15:33
Azsığortanın aktivləri 13% azalıb

Bakı. 28 oktyabr. REPORT.AZ/ "Azsığorta" ASC-nin cəmi aktivləri 2016-cı il iyulun 1-nə 52,886 mln. manat təşkil edib. "Report" Şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ilin əvvəli ilə müqayisədə 12,9% azdır.

Cari ilin ilk 6 ayında "Azsığorta"nın öhdəlikləri 12,3% azalaraq 19,675 mln. manat, o cümlədən uzunmüddətli öhdəlikləri 7,5% azalaraq 19,094 mln. manat, qısamüddətli öhdəlikləri isə 67,7% azalaraq 581 min manat olub.

Şirkətin cəmi kapitalı da azalıb. İyunun sonuna bu rəqəm 33,21 mln. manat təşkil edib ki, bu da ötən ilin sonuna nisbətən 13,2% azdır.

Bu ilin ilk yarısında "Azsığorta"nın ümumi gəlirləri 15,569 mln. manat, ümumi xərcləri 13,427 mln. manat, Şirkətin vergiyəqədərki mənfəəti isə 2,142 mln. manat olub.

"Azsığorta" hesabat dövründə 428 min manat mənfəət vergisi ödəyib və I yarımilliyi 1,714 mln. manat xalis mənfəətlə başa vurub.

Xatırladaq ki, "Azsığorta" 2006-cı ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 20,3 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 203 000 manat olan 100 səhm əsasında formalaşıb. Şirkətin səhmləri 100% Hikmət Abuzər oğlu İsmayılova ("Bank of Baku" ASC-nin 31,11%-lik səhmdarı) məxsusdur.

Son xəbərlər

Orphus sistemi