"AzeriCard" onlayn rejimdə əməliyyatları müvəqqəti dayandırır

"AzeriCard" onlayn rejimdə əməliyyatları müvəqqəti dayandırır Prosesinq Mərkəzi müştərilərə xəbərdarlıq edib
Maliyyə
18 Aprel , 2017 15:29
AzeriCard onlayn rejimdə əməliyyatları müvəqqəti dayandırır

Bakı. 18 aprel. REPORT.AZ/ Sistemdə aparılan təmir işləri ilə əlaqədar olaraq "AzeriCard" Prosesinq Mərkəzinin fəaliyyəti 19 apreldən 20 aprelə keçən gecə, saat 02:00-dan 04:00-dək dayandırılacaq.

"Report"un bankların müştərilərinə xəbərdarlığına əsasən, qeyd olunan vaxt ərzində plastik kartlar üzrə əməliyyatlar onlayn rejimdə həyata keçməyəcək.

Qeyd edək ki, "AzeriCard” Prosessinq Mərkəzi mütəmadi olaraq ildə bir neçə dəfə xidmət səviyyəsinin yüksəldilməsi məqsədi ilə daxili sistemində yenilənmə işləri aparır.

Son xəbərlər

Orphus sistemi