Yuxarı

​Azərbaycanın valyuta ehtiyatları artmağa başlayıb

Uzun fasilədən sonra bu ilin 2-ci rübündə ölkənin valyuta ehtiyatları 1,09 mlrd. və yaxud 2,85% artıb

Bakı. 18 iyul. REPORT.AZ/ Bu ilin 1-ci yarısının yekununa görə, Azərbaycanın valyuta ehtiyatları 39 401,8 mln. ABŞ dolları təşkil edib. "Report" xəbər verir ki, bunun 89,13%-i və yaxud 35 117,9 mln. dolları Dövlət Neft Fondunun, 10,87%-i və yaxud 4 283,9 mln. dolları isə Mərkəzi Bankın payına düşüb.

Uzun fasilədən sonra bu ilin 2-ci rübündə ölkənin valyuta ehtiyatları 1,09 mlrd. və yaxud 2,85% artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə valyuta ehtiyatlarının həcmində 4 901,7 mln. dollar və yaxud 11,06% azalma var.

Dövlət Neft Fondunun valyuta ehtiyatları (mln. ABŞ dolları ilə) Mərkəzi Bankın valyuta ehtiyatları (mln. ABŞ dolları ilə) Azərbaycanın valyuta ehtiyatları (mln. ABŞ dolları ilə)
01.07.2016 35 117,9 4 283,9 39 401,8
01.04.2016 34 246,0 4 065,8 38 311,8
01.01.2016 33 574,1 5 016,7 38 590,8
01.10.2015 34 738,1 7 014,7 41 752,8
01.07.2015 35 783,3 8 520,2 44 303,5
Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi