Azərbaycanın tütün məmulatları istehsalçısı nizamnamə kapitalını artırmaqda davam edir

Azərbaycanın tütün məmulatları istehsalçısı nizamnamə kapitalını artırmaqda davam edir Sumqayıt Kimya Sənaye Parkında tütün məmulatlarının istehsalı ilə məşğul olan Tabaterra QSC nizamnamə kapitalını daha 6 milyon manat artırır.
Maliyyə
8 İyul , 2019 11:03
Azərbaycanın tütün məmulatları istehsalçısı nizamnamə kapitalını artırmaqda davam edir
google.az

Sumqayıt Kimya Sənaye Parkında tütün məmulatlarının istehsalı ilə məşğul olan "Tabaterra" QSC nizamnamə kapitalını daha 6 milyon manat artırır. 

"Report" xəbər verir ki, bu məqsədlə dövriyyəyə hər birinin nominal dəyəri 100 manat olan 60 min ədəd səhm buraxılacaq. 

Son nəticədə şirkətin nizamnamə kapitalı 8,3% və yaxud 6 milyon manat artaraq 72,01 milyon manatdan 78,01 milyon manata çatacaq. 

Xatırladaq ki, "Tabaterra" 2017-ci il noyabrın 17-də Parkın rezidenti olub. Bundan 1 il sonra, ötən il noyabrın 16-da isə şirkətin siqaret fabriki istifadəyə verilib. 

Son xəbərlər

Orphus sistemi