Azərbaycanın sığorta və təkrarsığorta brokerinin aktivləri 15% artıb

Azərbaycanın sığorta və təkrarsığorta brokerinin aktivləri 15% artıb Bakı. 2 aprel. REPORT.AZ/ “Marş Sığorta və Təkrarsığorta üzrə Broker” MMC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 7,697 mln. manat təşkil edib.
Maliyyə
2 Aprel , 2018 09:11
Azərbaycanın sığorta və təkrarsığorta brokerinin aktivləri 15% artıb

Bakı. 2 aprel. REPORT.AZ/ “Marş Sığorta və Təkrarsığorta üzrə Broker” MMC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 7,697 mln. manat təşkil edib.

“Report” şirkətin mühasibat balansına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 14,7% çoxdur.

2017-ci ildə “Marş Sığorta və Təkrarsığorta üzrə Broker”in cəmi öhdəlikləri 13,1% artaraq 6,169 mln. manata, cəmi kapitalı isə 21,6% artaraq 1,528 mln. manata çatıb.

Ötən il şirkətin cəmi gəlirləri 1,6 mln. manat (əvvəlki ilə nisbətən 17%), cəmi xərcləri 941 min manat (1,3% az) təşkil edib. Son nəticədə maliyyə qurumunun maliyyə mənfəəti 659 min manat olub ki, bu da illik müqayisədə 58,8% çoxdur.

2017-ci ildə “Marş Sığorta və Təkrarsığorta üzrə Broker” 2016-cı ilə nisbətən 56,5% çox – 133 min manat mənfəət vergisi ödəyib və ili 526 min manat xalis mənfəətlə başa vurub. Bu, 2016-cı illə müqayisədə 59,4% çoxdur.

Xatırladaq ki, “Marş Sığorta və Təkrarsığorta üzrə Broker” 2002-ci ildə “Marş Caspian Services” adı ilə yaradılıb, 2005-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 10 min manatdır. Şirkət ABŞ-ın Nyu-York birjasında fəaliyyət göstərən “Marsh & McLennan” şirkətinin törəməsidir. 

Son xəbərlər

Orphus sistemi