Yuxarı

Azərbaycanın sığorta bazarı 7% böyüyüb

Bakı. 22 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında Azərbaycandakı 21 sığorta şirkətinin xətti ilə 88,195 milyon manat məbləğində sığorta haqqı toplanılıb.

“Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,6% çoxdur.

Ay ərzində sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 17,156 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 25,4% azdır.

2019-cu ilin yanvar ayında sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 19,45 manatı ödəniş edilib. 2018-ci ilin müvafiq dövründə bu göstərici 27,8 manat olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi