Azərbaycanın sığorta bazarı 7% böyüyüb

Azərbaycanın sığorta bazarı 7% böyüyüb Bakı. 22 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında Azərbaycandakı 21 sığorta şirkətinin xətti ilə 88,195 milyon manat məbləğində sığorta haqqı toplanılıb.
Maliyyə
22 Fevral , 2019 20:00
Azərbaycanın sığorta bazarı 7% böyüyüb

Bakı. 22 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında Azərbaycandakı 21 sığorta şirkətinin xətti ilə 88,195 milyon manat məbləğində sığorta haqqı toplanılıb.

“Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,6% çoxdur.

Ay ərzində sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 17,156 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 25,4% azdır.

2019-cu ilin yanvar ayında sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 19,45 manatı ödəniş edilib. 2018-ci ilin müvafiq dövründə bu göstərici 27,8 manat olub.

Son xəbərlər

Orphus sistemi