Azərbaycanın kapital bazarında tarif yükü azaldılacaq

Azərbaycanın kapital bazarında tarif yükü azaldılacaq Bakı. 21 dekabr. REPORT.AZ/ Azərbaycanın kapital bazarında tariflərin azaldılması məqsədi ilə təkliflər hazırlanıb.
Maliyyə
21 Dekabr , 2017 12:24
Azərbaycanın kapital bazarında tarif yükü azaldılacaq
Report

Bakı. 21 dekabr. REPORT.AZ/ Azərbaycanın kapital bazarında tariflərin azaldılması məqsədi ilə təkliflər hazırlanıb.

“Report” xəbər verir ki, bunu Bakıda keçirilən “Kapital bazarları-2018” adlı tədbirdə Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Maliyyə bazarlarına infrastuktur nəzarət İdarəsinin rəhbəri Ruslan Babayev deyib.

“Bakı Fond Birjasında və Milli Depozit Mərkəzində yeni tariflərin tətbiqi 2018-ci ildə mümkün olacaq. Bu, kapital bazarında investorlar üçün tarif yükünü azaldacaq”, - deyə o, qeyd edib.

Bundan başqa, MBNP rəsmisi bildirib ki, Azərbaycan banklarının kapital bazarında birbaşa iştirakı ilə bağlı da təkliflər mövcuddur: "Bu məsələ də gələn il reallaşacaq".

Son xəbərlər

Orphus sistemi