Bakı. 17 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr aylarında dövlət büdcəsinin gəlirləri 20 144,7 mln manat, xərcləri 19 670,1 milyon manat təşkil edib.
“Report” bu barədə
Məlumata əsasən, büdcənin icrasında 474,6 mln. manatlıq, yaxud ümumi daxili məhsulun (ÜDM) 0,7%-i qədər profisit yaranıb.
Qeyd edək ki, 2018-ci ilin yanvar-oktyabr aylarında dövlət büdcəsinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 34,4% artaraq 18 215,4 mln. manata, xərcləri isə 25,6% artaraq 17 769,9 mln. manata çatıb. Büdcənin icrasında yaranmış 445,5 mln. manatlıq profisit ÜDM-in 0,7%-nə bərabər olub.