Azərbaycanın bank sektorunun xalis mənfəəti 2 dəfədən çox azalıb

Azərbaycanın bank sektorunun xalis mənfəəti 2 dəfədən çox azalıb Bakı. 17 dekabr. REPORT.AZ/ Azərbaycanın bank sektoru bu ilin yanvar-oktyabr aylarını 238 mln. manat xalis mənfəətlə başa vurub.
Maliyyə
17 Dekabr , 2018 12:57
Azərbaycanın bank sektorunun xalis mənfəəti 2 dəfədən çox azalıb

Bakı. 17 dekabr. REPORT.AZ/ Azərbaycanın bank sektoru bu ilin yanvar-oktyabr aylarını 238 mln. manat xalis mənfəətlə başa vurub.

“Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 56,7% və yaxud 2,3 dəfə azdır.

10 ay ərzində bank sektorunun faiz gəlirləri 1 445,2 mln. manat, faiz xərcləri 489,3 mln. manat, qeyri-faiz gəlirləri 445,2 mln. manat, qeyri-faiz xərcləri isə 819,4 mln. manat təşkil edib. Son nəticədə sektorun xalis əməliyyat mənfəəti 581,8 mln. manat olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə bank sektorunun faiz gəlirləri 8,7%, faiz xərcləri 33,95%, qeyri-faiz gəlirləri 46,3% azalıb, qeyri-faiz xərcləri isə əksinə, 3,8% artıb. Bankların xalis əməliyyat mənfəəti isə bir ildə 33,95% azalıb.

Hesabat dövründə banklar aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına 315,4 mln. manat ayırıblar, 27,9 mln. manat mənfəət vergisi ödəyiblər. Ötən ilin eyni dövrü ilə müqayisə edəndə məlum olur ki, son 1 ildə bankların aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına ayrıdığı vəsait 1,9%, ödədikləri mənfəət vergisi 11,15% artıb.

Maraqlıdır ki, oktyabrda bankların digər mənbələrdən gəlir əldə etməyi dayandırıb, əksinə bu istiqamətə 0,5 mln. manat xərc çəkiblər. 

Son xəbərlər

Orphus sistemi