Azərbaycanın Auditorlar Palatası Rusiyanın Auditorlar İttifaqı və Estoniyanın Auditorlar Assosiasiyası ilə əməkdaşlıq edəcək

Azərbaycanın Auditorlar Palatası Rusiyanın Auditorlar İttifaqı və Estoniyanın Auditorlar Assosiasiyası ilə əməkdaşlıq edəcək Bu gün Bakıda beynəlxalq elmi-praktiki konfrans keçirilir
Maliyyə
22 Sentyabr , 2017 11:22
Azərbaycanın Auditorlar Palatası Rusiyanın Auditorlar İttifaqı və Estoniyanın Auditorlar Assosiasiyası ilə əməkdaşlıq edəcək

Bakı. 22 sentyabr. REPORT.AZ/ Bu gün Bakıda Azərbaycan İqtisadçılar İttifaqının və Auditorlar Palatasının bigə təşkilatçılığı ilə “Azərbaycan iqtisadiyyatının strateji yol xəritəsi: hesabatlılıq və şəffaflıq poblemləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilir.

“Report”un verdiyi xəbərə görə, tədbirin keçirilməsində məqsəd demokratik cəmiyyətin mühüm amili kimi qiymətəndiilən şəffaflığın artırılması və hesabatlığın yüksək səviyyədə qurulması, korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsi, yeni hesabatvermə formalarının tətbiqi, mütərəqqi idarəetmə və nəzarət metodlarından istifadə edilməsi, prudensial nəzarət mexanizmlərinin yaradılması və riskəsaslı nəzarətə keçidin müəyyən edilməsi üzrə tövsiyələrin hazırlanmasıdır. 

Bununla yanaşı konfransda maliyyə hesatlılığı sahəsində qabaqcıl təcrübənin tətbiqi istiqamətləri, mühasibat uçotunun beynəlxalq standartlarıın kiçik və orta sahibkarlıq subyektləri tərəfindən tətbiqinin stimulllaşrılması, korporativ idarəetmə standartlarının tətbqinin gücləndirilməsi, büdcədənkənar vəsaitlərin idarə olunması və monitorinqi sisteminin təkmilləşdirilməsidir. Konfransa 15 ölkənin müvafiq audit və mühasibatlıq qurumlarını, beynəlxalq peşəkar təşkilatları, Azərbayanın dövlət və qeyri-hökumət təşkilatlarını, özəl sektoru təmsil edən 65 qurumdan 150 nümayəndə iştrak edir. Konfrans müddətində ümumiliikdə 40-a yaxın məruzə və 100-dən çox tezis müzakirə ediləcək.

Tədbirdə həmçinin Azərbaycanın Auditorlar Palatası ilə Rusiyanın Auditorlar İttifaqı və Estoniyanın Auditorlar Assosiasiyası arasında əməkdaşlığa dair sənəd imzalanacaq. 

Konfransda çıxış edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, Azərbaycanın düşünülmüş siyasəti var. Bu da xalqda, beynəlxalq aləmdə əminlik yaradır: "Beynəlxalq riskləri aradan qaldırmaq üçün imkanlar var. Hər bir dövlət iqtisadi təhlükəsizliyi üçün tədbirlər həyata keçirir. Azərbaycanın iqtisadi təhlükəzilik göstəriciləri ölkədə həyata keçirilmiş siyasətin relllaşdırılmasının nəticəsidir. Azərbaycan borc alan ölkədən borc verən ölkəyə çevrilib. Maliyyə resursları çoxalıb. Büdcə parametrləri yaxşılaşıb. Dövlət büdcəsi ümumi daxili məhsulun 35-36%-ni təşkil edir ki, bu da böyük rəqəmdir və gələcək inkişaf perspektivində mühüm amil kimi qiymətləndirilir. Bizim hədəflərimiz inkişaf etmiş ölkələrin səviyyəsinə çatmaqdır. Korrupsiyaya qarşı mübarizə gücləndirilməlidir".

Konfransda Prezident İlham Əliyevin iştirakçılara müraciəti səsləndirilib. Müraciəti prezidenti iqtisadi siyasət və sənaye məsələri üzrə köməkçisi Natiq Əmirov oxuyub. 

Son xəbərlər

Orphus sistemi