Azərbaycanın aparıcı BOKT-u kapital çatışmazlığı ilə üzləşib

Azərbaycanın aparıcı BOKT-u kapital çatışmazlığı ilə üzləşib Bakı. 6 iyun. REPORT.AZ/ “Vijn Fond Azərkredit” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri bu il yanvarın 1-nə 23,51 mln. manat təş...
Maliyyə
6 İyun , 2017 09:54
Azərbaycanın aparıcı BOKT-u kapital çatışmazlığı ilə üzləşib

Bakı. 6 iyun. REPORT.AZ/ “Vijn Fond Azərkredit” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri bu il yanvarın 1-nə 23,51 mln. manat təşkil edib.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-nə 4,5 dəfə azdır.

“Vijn Fond Azərkredit”in aktivlərinin 77,4%-ni və yaxud 18,2 mln. manatını müştərilərə verilmiş kreditlər və avanslar təşkil edib. 2016-cı ildə BOKT-un kredit portfeli 3,6 dəfə kiçilib.

Ötən il “Vijn Fond Azərkredit”in cəmi öhdəlikləri 53% azalaraq 46,832 mln. manat, o cümlədən borc aldığı vəsaitlər 47,7% azalaraq 44,204 mln. manat olub. BOKT cəmi kapitalınl isə yığılmış kəsrinin 30 mln. manata yaxınlaşması ilə əlaqədar itirib və əlavə 23,322 mln. manat kapitala ehtiyacı yaranıb.

2016-cı ildə “Vijn Fond Azərkredit”in faiz gəlirləri 7,393 mln. manat (2015-ci ilə nisbətən 71,15% az), faiz xərcləri 5,433 mln. manat (17,55% az), qeyri-faiz gəlirləri 1,812 mln. manat (2015-ci ildə zərər olub), qeyri-faiz xərcləri isə 12,968 mln. manat (19,8% az) təşkil edib. Son nəticədə ötən il BOKT-un xalis əməliyyat zərəri 9,196 mln. manat olub (əvvəıki il mənfəət olub).

2016-cı ildə “Vijn Fond Azərkredit” aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına 2015-ci illə müqayisədə 80,1% çox – 24,276 mln. manat ayırıb, zərərlə işləməsinə baxmayaraq 1,256 mln. manat mənfəət vergisi ödəyib. Bununla da, BOKT ötən ili 34,727 mln. manat xalis zərərlə başa vurub. Bu, əvvəlki ilə nisbətən 3,2 dəfə çoxdur.

2016-cı ildə kredit təşkilatı filiallarının sayını 47-dən 42-yə, işçilərinin sayını isə 757-dən 304-ə endirib.

Xatırladaq ki, “Vijn Fond Azərkredit” 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 303,867 mln. manatdır. BOKT-un təsisçiləri ABŞ-ın “Vision Fund İnternational” təşkilatı (52%), Lüksemburqun “Rural Impulse FUND II S.A., SICAV-SIF” təşkilatı (24%) və Niderlandın “ASN Belegginsinstellingen Baheer B.V.” təşkilatıdır (24%). 

Son xəbərlər

Orphus sistemi