"Azərbaycan hökuməti koronavirus (COVID-19) pandemiyasının təsiri ilə dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmalar fonunda ölkədəki makroiqtisadi vəziyyətə tam nəzarət edir, bütün mümkün ssenariləri proqnozlaşdırır, atılacaq addımları planlaşdırır".
"Report" xəbər verir ki, bunu AzTV-nin efirində Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.
"Təbii ki, bizim müxtəlif ssenarilərdə hərəkət planlarımız, bütövlükdə dövlət resursları ilə manevr etmək imkanlarımız olmalıdır və bunun hər ikisi mövcuddur. Ona görə də hesab edirəm ki, makroiqtisadi vəziyyəti idarə edə bilirik", - o qeyd edib.
E.Rüstəmovun sözlərinə görə, Prezident
Bu gün ölkədə illik inflyasiya çox aşağı səviyyədə - cəmi 3%-dir. Milli valyutanın məzənnəsinə çox ciddi spekulyativ hücum oldu, lakin bu hücumun qarşısını aldıq və valyuta bazarında vəziyyət sabitləşib. Bu gün biz üzvü, səhmdarı olduğumuz beynəlxalq təşkilatlarla məsələhətləşirik, onlar Azərbaycandakı vəziyyəti çox müsbət qiymətləndirirlər. Bu həm Dünya Bankına, həm də Beynəlxalq Valyuta Fonduna aiddir. Azərbaycanın böyük valyuta ehtiyatları və aşağı xarici borcu imkan verir ki, biz çox ciddi manevrlər edək".