Elman Rüstəmov: "Beynəlxalq təşkilatlar Azərbaycandakı makroiqtisadi vəziyyəti yüksək qiymətləndirir"

Elman Rüstəmov: "Beynəlxalq təşkilatlar Azərbaycandakı makroiqtisadi vəziyyəti yüksək qiymətləndirir" Azərbaycan hökuməti koronavirus (COVID-19) pandemiyasının təsiri ilə dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmalar fonunda ölkədəki makroiqtisadi vəziyyətə tam nəzarət edir, bütün mümkün ssenariləri proqnozlaşdırır, atılacaq addımları planlaşdırır.
Maliyyə
342
28 Aprel , 2020 20:06
Elman Rüstəmov: Beynəlxalq təşkilatlar Azərbaycandakı makroiqtisadi vəziyyəti yüksək qiymətləndirir
AMB sədri Elman Rüstəmov / Report/ Firi Salim

"Azərbaycan hökuməti koronavirus (COVID-19) pandemiyasının təsiri ilə dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmalar fonunda ölkədəki makroiqtisadi vəziyyətə tam nəzarət edir, bütün mümkün ssenariləri proqnozlaşdırır, atılacaq addımları planlaşdırır".

"Report" xəbər verir ki, bunu AzTV-nin efirində Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.

"Təbii ki, bizim müxtəlif ssenarilərdə hərəkət planlarımız, bütövlükdə dövlət resursları ilə manevr etmək imkanlarımız olmalıdır və bunun hər ikisi mövcuddur. Ona görə də hesab edirəm ki, makroiqtisadi vəziyyəti idarə edə bilirik", - o qeyd edib. 

E.Rüstəmovun sözlərinə görə, Prezident İlham Əliyevin yanında keçirilmiş I rübün yekunlarına dair müşavirədən sonra xarici mühit bir qədər mürəkkəbləşib: "Neft qiymətlərində indiyə qədər görünməmiş dalğalanmalar müşahidə edilir, əmtəə birjaları ilə yanaşı, fond birjalarında da kəskin hərəkətlər var, aparıcı dövlətlər dəyəri trilyon ABŞ dolları ilə ölçülən dəstək proqramları reallaşdırır, böyük işsizlik səviyyəsi, bədbin iqtisadi proqnozlar var. Bunlar təbii ki, bizə təsir göstərir, çünki Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatının bir parçasıdır. Son 25 ildə dünyaya çox ciddi inteqrasiya olunmuşuq, bununla yanaşı, vəziyyəti nəzarətdə saxlamağa nail olmuşuq.

Bu gün ölkədə illik inflyasiya çox aşağı səviyyədə - cəmi 3%-dir. Milli valyutanın məzənnəsinə çox ciddi spekulyativ hücum oldu, lakin bu hücumun qarşısını aldıq və valyuta bazarında vəziyyət sabitləşib. Bu gün biz üzvü, səhmdarı olduğumuz beynəlxalq təşkilatlarla məsələhətləşirik, onlar Azərbaycandakı vəziyyəti çox müsbət qiymətləndirirlər. Bu həm Dünya Bankına, həm də Beynəlxalq Valyuta Fonduna aiddir. Azərbaycanın böyük valyuta ehtiyatları və aşağı xarici borcu imkan verir ki, biz çox ciddi manevrlər edək". 

Son xəbərlər

Orphus sistemi