Yuxarı

Azərbaycanda qeyri-bank kreditləşməsi 21% artıb

Qeyri-bank təşkilatlarının ümumi kredit qoyuluşunda payı 3%-ə çatıb

Bakı. 11 dekabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən qeyri-bank kredit təşkilatları tərəfindən ölkə iqtisadiyyatına kredit qoyuluşunun həcmi illik müqayisədə 21,3% artaraq 2014-cü il noyabnrın 1-nə 525,2 mln. manata çatıb.

“Report”un Mərkəzi Bankın hesabatına istinadən verdiyi xəbərə görə, bu, ötən ilin illik artım dinamikasından 13,6 faiz bəndi azdır. Belə ki, 2013-cü il noyabrın 1-nə kredit qoyuluşlarının həcmində illik 34,9% artım qeydə alınıb.

Hesabata əsasən, ölkə üzrə məcmu kredit qoyuluşunun 2,9%-i məhz qeyri-bank kredit təşkilatlarıının payına düşüb.

Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının məcmu kredit qoyuluşlarının həcmi ilik müqayisədə 19,0% artaraq 2014-cü il noyabrın 1-nə 17,842 mlrd. manat təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi