“Report”un Mərkəzi Bankın hesabatına istinadən verdiyi xəbərə görə, bu, ötən ilin illik artım dinamikasından 13,6 faiz bəndi azdır. Belə ki, 2013-cü il noyabrın 1-nə kredit qoyuluşlarının həcmində illik 34,9% artım qeydə alınıb.
Hesabata əsasən, ölkə üzrə məcmu kredit qoyuluşunun 2,9%-i məhz qeyri-bank kredit təşkilatlarıının payına düşüb.
Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının məcmu kredit qoyuluşlarının həcmi ilik müqayisədə 19,0% artaraq 2014-cü il noyabrın 1-nə 17,842 mlrd. manat təşkil edib.