Yuxarı
    Bağlamaq

    Azərbaycanda POS-terminalların sayı bir aya 1,7 min ədəd azalıb

    Cari ilin əvvəlindən isə azalma 5,5 min ədədə yaxın olub

    Bakı. 10 may. REPORT.AZ/ Azərbaycanda fəaliyyətdə olan POS-terminalların sayı bir ayda 1 687 ədəd və ya 2,2%, ilin əvvəlindən isə 4 738 ədəd və ya 5,9% azalaraq aprelin 1-nə 75 563 ədəd təşkil edib.

    "Report"un Mərkəzi Bankın saytına istinadən verdiyi xəbərə görə, POS-terminalların 43 476 ədədi və ya 57,5%-i Bakının, 32 087 ədədi və ya 42,5%-i regionların payına düşüb.

    Bakıda POS-terminalların sayında aylıq 2,8% və ya 1 236 ədəd, ilin əvvəlindən isə 11,2% və ya 5 468 ədəd azalma qeydə alınıb. Regionlarda isə aylıq müqayisədə 451 ədəd və ya 1,4% azalma, ilin əvvlindən isə 730 ədəd və ya 2,3% artım müşahidə olunub.

    Qeyd edək ki, cari il aprelin 1-nə hər 130 nəfərə bir POS-terminal düşüb. İlin əvvəlində isə bu göstərici 120 nəfər/terminal olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi