Azərbaycanda pərakəndə ticarət dövriyyəsi yanvarda 9% artıb

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi yanvarda 9% artıb İctimai iaşə dövriyyəsinin həcmi yanvarda 13% artıb
Maliyyə
13 Fevral , 2015 15:40
Azərbaycanda pərakəndə ticarət dövriyyəsi yanvarda 9% artıb

Bakı. 13 fevral. REPORT.AZ/ Cari ilin yanvar ayında Azərbaycanda istehlak məqsədilə pərakəndə ticarət subyektlərində istehlakçılara 1,8 mlrd. manatlıq və ya 2014-cü ilin müvafiq ayı ilə müqayisədə 9,4%-dən çox əmtəə satılıb.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satılmış istehlak mallarının 50,2%-ni ərzaq məhsulları, içkilər və tütün məmulatları, 49,8%-ni qeyri-ərzaq malları təşkil edib və qeyri-ərzaq mallarının xüsusi çəkisi keçən ilin yanvar ayı ilə müqayisədə 3,8 faiz bəndi artıb.

Bu ilin ilk ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin yanvar ayına nisbətən 1,5 dəfə artaraq 864,9 min manat təşkil edib. Əhali onlayn rejimdə sifariş verdiyi istehlak mallarının 92,8%-ni hüquqi şəxslərin, 7,2%-ni fərdi sahibkarların ticarət şəbəkələrindən alıb. Elektron ticarət dövriyyəsinin 96,0%-ni qeyri-ərzaq malları təşkil edib.

Bu ilin yanvar ayında ictimai iaşə dövriyyəsinin həcmi keçən ilin eyni dövrü ilə müqayisədə 13,2% artaraq 71,3 mln. manat olub. Hüquqi şəxslərin iaşə obyektlərində dövriyyənin həcmi 1,7%, bu sahədə fəaliyyət göstərən fərdi sahibkarların subyektlərində isə 24,0% artıb.

Son xəbərlər

Orphus sistemi