Yuxarı

Azərbaycanda ötən ay vergi müraciətlərinin 24%-nə mənfi cavab verilib

Azərbaycanda ötən ay vergi müraciətlərinin 24%-nə mənfi cavab verilib

© Report

Bakı. 21 dekabr. REPORT.AZ/ Bu ilin noyabr ayında Azərbaycanda vergi orqanlarına 8 792 müraciət daxil olub ki, onların da 91%-i ərizə, 8,9%-i şikayət, 0,1%-i təklifdir. 

Bu barədə “Report”a Vergilər Nazirliyindən məlumat verilib.

Məlumata görə, müraciətlərin 38,7%-i müxtəlif arayışların alınması, 33,7%-i kameral vergi yoxlamaları, 9,6%-i vergi borcları, 2,8%-i vergidən yayınma, nağd hesablaşmaların aparılması qaydalarının pozulması, qanunsuz sahibkarlıq fəaliyyəti, qalanları isə digər məsələlərlə bağlı olub. Bütün müraciətlərə vaxtında baxılıb, onların 75,7%-i müsbət həll olunub.

Vergi orqanlarında 496 vətəndaş qəbul edilərək onlara qanunvericilik çərçivəsində lazımi köməklik göstərilib və yaxud müvafiq izahatlar verilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi