Azərbaycanda ötən ay vergi müraciətlərinin 24%-nə mənfi cavab verilib

Azərbaycanda ötən ay vergi müraciətlərinin 24%-nə mənfi cavab verilib Bakı. 21 dekabr. REPORT.AZ/ Bu ilin noyabr ayında Azərbaycanda vergi orqanlarına 8 792 müraciət daxil olub ki, onların da 91%-i ərizə, 8,9%-i şikayət, 0,1%-i təklifdir. 
Maliyyə
21 Dekabr , 2017 15:45
Azərbaycanda ötən ay vergi müraciətlərinin 24%-nə mənfi cavab verilib
Report

Bakı. 21 dekabr. REPORT.AZ/ Bu ilin noyabr ayında Azərbaycanda vergi orqanlarına 8 792 müraciət daxil olub ki, onların da 91%-i ərizə, 8,9%-i şikayət, 0,1%-i təklifdir. 

Bu barədə “Report”a Vergilər Nazirliyindən məlumat verilib.

Məlumata görə, müraciətlərin 38,7%-i müxtəlif arayışların alınması, 33,7%-i kameral vergi yoxlamaları, 9,6%-i vergi borcları, 2,8%-i vergidən yayınma, nağd hesablaşmaların aparılması qaydalarının pozulması, qanunsuz sahibkarlıq fəaliyyəti, qalanları isə digər məsələlərlə bağlı olub. Bütün müraciətlərə vaxtında baxılıb, onların 75,7%-i müsbət həll olunub.

Vergi orqanlarında 496 vətəndaş qəbul edilərək onlara qanunvericilik çərçivəsində lazımi köməklik göstərilib və yaxud müvafiq izahatlar verilib. 

Son xəbərlər

Orphus sistemi