Yuxarı
    Bağlamaq

    Azərbaycanda artıq ödənilmiş vergilərin büdcədən geri qaytarılması müddəti 2 dəfədən çox azaldılıb

    Bu barədə Vergilər Nazirliyinin rəsmisi məlumat verib

    Bakı. 29 dekabr. REPORT.AZ/ Azərbaycanda artıq ödənilmiş vergilərin büdcədən geri qaytarılma müddəti 45 gündən 20 günə endirilib. "Report" xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi brifinqdə Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Samirə Musayeva deyib.

    S.Musayeva, həmçinin bildirib ki, 2017-ci ildən Azərbaycanda elektron qaimə faktura tətbiq ediləcək: "2017-ci ilin aprelindən etibarən dövriyyəsi 200 min manatdan çox olan vergi ödəyiciləri üçün elektron qaimə faktura tətbiq ediləcək. Dövriyyəsi 200 min manatdan aşağı olan vergi ödəyiciləri üçün isə elektron qaimə faktura 2018-ci ilin yanvarın 1-dən olacaq".

    Vergilər nazirinin müavini Sahib Ələkbərov deyib ki, gələn il üçün dövlət büdcəsində vergi daxilolmaları üzrə öhdəliklər 7,5 mlrd. manat civarında təsdiq edilib və bu, minimum rəqəmdir: "Ölkə prezidentinin göstərişi belədir ki, cari büdcə xərcləri vergi və gömrük daxilolmaları hesabına qarşılanmalıdır. Düzdür, buna tam nail ola bilməmişik, amma bu yöndə işlər gedir. Dövlət Neft Fondundan olan ayrılmaların isə əsasən investisiya layihələrinə yönəldilməsi qarşıya məqsəd kimi qoyulub". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi