Yuxarı
    Bağlamaq

    Azərbaycanda mərkəzləşmiş öhdəliklər kəskin artıb

    AMB qarşısında öhdəliklər bir ayda 400 mln. manat artıb© Report

    Bakı. 9 avqust. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları və BOKT-ların Azərbaycan Mərkəzi Bankı (AMB) qarşısında olan məcmu öhdəlikləri 2017-ci il iyulun 1-nə 6 847,9 mln. manat təşkil edib.

    "Report"un AMB-yə istinadən verdiyi xəbərə görə, öhdəliklərin həcmi iyunun 1-nə olan analoji göstərici ilə müqayisədə 397,3 mln. manat və ya 6,16% artıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 71,2 mln. manat və ya 1,03% azalıb.

    Qeyd edək ki, bankların AMB-yə öhdəliklərinin bu günədək maksimal həddi 2016-cı ilin oktyabrında qeydə alınıb və 7 507 mln. manat təşkil edib. Son göstəricinin maksimal həddən 659,1 mln. manat və ya 8,78% aşağı olduğu bildirilir. 

    "Report"un analitik qrupu qeyd edir ki, bank sektorunun II rübdə mənfəət əldə etməsi fonunda kommersiya bankları və BOKT-ların mərkəzləşmiş öhdəliklərinin kəskin artması Azərbaycan Beynəlxalq Bankının borclarının restrukturizasiyası prosesi ilə bağlı ola bilər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi