Yuxarı

Azərbaycanda manatla kreditlər xarici valyutadan bahadır

Ölkədə ən bahalı kreditlər Lənkəran, ən ucuz isə Gəncə-Qazax iqtisadi rayonundadır

Bakı. 8 iyul. REPORT.AZ/ Azərbaycanda ən bahalı kreditlər illik 24,2%-lə Lənkəran, ən ucuz isə 9,5% olmaqla Gəncə-Qazax iqtisadi rayonunda təklif edilir. "Report" bu barədə Mərkəzi Bankın cari il iyunun 1-nə olan hesabatına istinadən xəbər verir.

Ən ucuz kreditlərin ilk üçlüyündə Gəncə-Qazax iqtisadi rayonunu 14,4%-lə Naxçıvan və 19,5%-lə Abşeron iqtisadi rayonları əvəz edib. Ən bahalı kreditlərin üçlüyündə isə Lənkərandan sonra 23,5%-lə Dağlıq Şirvan və 23,4%-lə Aran iqtisadi rayonları yer alıb.

Hesabata əsasən, iyunun 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşunun 83,5%-i və ya 17,091 mlrd. manatı Bakı şəhərinin payına düşüb. Bakı şəhəri üzrə orta faiz dərəcəsi 11,9% təşkil edib. Orta faiz dərəcəsi manatla kreditlər üzrə 12,4%, xarici valyutada isə 11,3% səviyyəsində qeydə alınıb.

Bildirək ki, iyunun 1-nə maliyyə və kredit təşkilatları tərəfindən ölkə iqtisadiyyatına kredit qoyuluşu 20,468 mlrd. manat olmaqla orta faiz dərəcəsi 13,1%, o cümlədən manatla kreditlər üzrə 13,6%, xarici valyutada 12,3% olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi